Bəzi QHT-lər maliyyəsiz qalacaq

Bəzi QHT-lər maliyyəsiz qalacaq
  20 Sentyabr 2013    Oxunub:1312
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 2013-cü ilin birinci maliyyə müsabiqəsi üzrə dəstəklənən layihələrin icra vəziyyətinə həsr olunmuş müşavirə keçirib.
Müşavirədə katibliyin icraçı direktoru Fərasət Qurbanov 343 layihənin icrası ilə əlaqədar mövcud vəziyyət, QHT-lər tərəfindən yol verilən nöqsanlar, qarşıya çıxan çətinliklər, katibliyin əməkdaşlarının peşəkarlıq səviyyəsi və digər məsələlər haqqında Şura sədrinə ətraflı məlumat verib.

Katibliyin əməkdaşları bir sıra QHT-lərin layihələrin icrasında və hesabatların tərtibatında ciddi nöqsanlar buraxdıqlarını, həmçinin müqavilə öhdəliklərinə tam əməl etmədiklərini və hesabatların təqdimatında əsassız gecikmələrə yol verdiklərini bildirdilər.

Azay Quliyev Şura ilə bağladığı müqavilənin şərtlərini pozan və layihənin icrası zamanı ciddi nöqsanlara yol verən QHT-lər haqqında müvafiq tədbir görüləcəyini söylədi. Şura sədri ilkin tədbir kimi qurumun Əsasnaməsinin 2.3.10 maddəsinə uyğun olaraq bu cür QHT-lərin növbəti 2 il müddətində maliyyə müsabiqəsində iştirak etmək hüququndan məhrum olunmasının və adlarının mətbuatda dərc edilməsinin vacibliyini qeyd etdi.

Sonda Azay Quliyev katibliyin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, QHT-lərin KİV-lə əlaqələrinin düzgün qurulması istiqamətində yeni təlim proqramlarının həyata keçirilməsi haqqında katibliyə müvafiq tapşırıqlar verdi.


Teqlər:





Xəbər lenti