Cəbhə xəttində atəşkəs pozulub

Cəbhə xəttində atəşkəs pozulub
  16 Sentyabr 2013    Oxunub:1139
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.
AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Şıxlar, Şuraabad, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında, Göygöl və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti