“Aİ ilə əməkdaşlığın genişləndirilməsində çətinliklər var” - XİN

“Aİ ilə əməkdaşlığın genişləndirilməsində çətinliklər var” - XİN
  03 Oktyabr 2017    Oxunub:2248
"Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq tədricən güclənməkdədir. Biz strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik"
AzVision.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Bu aspektdə müəyyən çətinliklər var, lakin hesab edirəm ki, müzakirələr yaxşı keçəcək. Oktyabrda açıq səma sazişi üzrə görüş olacaq. Bu, bəlkə də sonuncu görüş oldu. Hazırda tərəflər arasında əməkdaşlıq sürətlə inkişaf edir. İkitərəfli münasibətlər çərçivəsində bir sıra məsələlər var. Biz 10 üzv ölkə ilə strateji tərəfdaşıq. Bəziləri ilə strateji tərəfdaşlıq sənədi imzalamağa hazırlaşırıq. Ümid edirəm ki, Avropa Komissiyası ilə də bu sənədi imzalayacağıq”, - deyə Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə ilkin olaraq danışıqların noyabra qədər sonlandırılması planlaşdırılırdı.

Məmmədyarov eyni zamanda əlavə edib ki, Bakı və Aİ arasında aviasiya sahəsində əməkdaşlıq da müzakirə edilir: “Böyük ehtimalla oktyabr ayında bu sənəd üzrə son görüş olacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:   Azərbaycan  





Xəbər lenti