Sabahdan "28 May"ın əsas çıxışı açılır

Sabahdan "28 May"ın əsas çıxışı açılır
  15 Sentyabr 2013    Oxunub:1423
Sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün istifadə etməsi təmin olunacaq
Azərbaycan Sabahdan "28 May" metrostansiyasının əsas çıxışı istifadəyə veriləcək. Bakı metropolitenindən verilən məlumata görə, bunu yeni tədris mövsümünün başlanmasını və sərnişinlərin sayının artmasını nəzərə alaraq, Bakı Metropoliteninin rəhbərliyi hazırda yenidən qurulan "28 May" stansiyasının əsas çıxışından sərnişinlərin istifadə etməsi ilə bağlı qəbul edib.

Qeyd edək ki, sentyabrın 16-dan sərnişinlərin bu istiqamətdən yalnız çıxış üçün istifadə etməsi təmin olunacaq.

Yenidənqurma dövründə sərnişinlərin buna qədər istifadə etdiyi digər giriş-çıxışlar isə əvvəlki kimi fəaliyyət göstərəcək: sərnişinlər "28 May" stansiyasının Salatın Əsgərova küçəsinə olan ikinci giriş-çıxışından, həmçinin "Cəfər Cabbarlı" stansiyasından həm giriş, həm də çıxış üçün istifadə edə bilərlər.


Teqlər:





Xəbər lenti