Nazirlik 85 əlili istirahətə göndərib
Əlilliyi olan şəxslərin yola salınması zamanı bildirilib ki, bu təbəqədən olan insanların hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin edilməsi Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindəndir: “Hər ilin yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin təşkili də onların cəmiyyətin digər üzvləri kimi bərabər imkanlara malik olmalarına yönələn tədbirlərdən biridir. Hazırda ölkəmizdə pensiya və sosial müavinət, sosial xidmət sistemi ilə əhatə olunanların mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Həmin insanların reabilitasiya xidmətləri ilə təminatı sahəsində də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin onlara ümumilikdə 17,5 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib”.
İstirahətə yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə onlara ölkəmizin səfalı guşələrində istirahət etmək imkanının yaradılmasına, ümumən sosial cəhətdən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
AzVision.az
Teqlər: ƏƏSMN