Təhsil Nazirliyindən valideynlərə müraciət

Təhsil Nazirliyindən valideynlərə müraciət
  29 Avqust 2017    Oxunub:1116
2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.
Təhsil Nazirliyindən AzVision.az-a bildirilib ki, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

“Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir”, - deyə müraciətdə bildirilir.

AzVision.az




Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Şagird   Dərslik  





Xəbər lenti