Azərbaycan-Surinam əlaqələri müzakirə olunub

Azərbaycan-Surinam əlaqələri müzakirə olunub
  28 Avqust 2017    Oxunub:1152
Azərbaycanın Braziliyada və eyni zamanda Surinamdakı səfiri Elxan Poluxov Surinam Milli Assambleyasının spikeri Cennifer Qirlings-Simons ilə görüşüb.
Azərbaycanın Braziliyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələr, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Tərəflər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu bildirib və bu sahədə qanunverici orqanların xüsusi rolunu qeyd ediblər.

AzVision.az


Teqlər: Azərbaycan   Surinam  





Xəbər lenti