Tələbələrin qeydiyyatı başa çatıb

Tələbələrin qeydiyyatı başa çatıb
  28 Avqust 2017    Oxunub:2260
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar bu gün saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçə bilərdilər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 31-dək davam edəcək.

AzVision.az


Teqlər: Ali-məktəb   DİM  





Xəbər lenti