Yaralanan sonuncu şəxs də evə buraxılıb

Yaralanan sonuncu şəxs də evə buraxılıb
  28 Avqust 2017    Oxunub:1053
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində yaralanan şəxslərdən sonuncusu da evə buraxılıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ötən gün buraxılıb. Digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılırıb.

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Müdafiə-Nazirliyi  





Xəbər lenti