Bakı-Quba yolunda hərəkət bərpa edilib - Yenilənib
***
(11:56)
Bu gün N saylı hərbi hissənin silah anbarında baş verən partlayışla əlaqədar sürücülərə müraciət edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az-a bildirib ki, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
"Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar" - DYP rəsmisi vurğulayıb.
AzVision.az