Bakıda köhnə binalar nə vaxt söküləcək? - AÇIQLAMA
“Biz Nazirlər Kabinetinin Tədbirlər Planını təsdiq etməsini gözləyirik. Ona görə də bu barədə danışmaq mümkün deyil”.
E.Əsədov qeyd edib ki, ərazidə ilkin araşdıma işləri görülüb. “Əhalinin müəyyən qədər qeydiyyatı parılıb. Lakin Tədbirlər Planı təsdiqlənəndən sonra bütün məlumatlar dəqiqləşdiriləcək”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektardır, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729-dur. Ərazidə söküntü və tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.
Aytən Zəhra
AzVision.az