Naxçıvana yeni daxili işlər naziri təyin olundu
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Qeyd edək ki, Ali Məclis sədrinin həmin tarixli digər fərmanı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Xatırladaq ki, general-mayor Fazil Ələkbərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, daha sonra isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
AzVision.az