Səfir etimadnamələrini prezidentə təqdim edib

Səfir etimadnamələrini prezidentə təqdim edib
  25 Avqust 2017    Oxunub:1836
İqamətgahı Brasiliya şəhərində olan Azərbaycannın Surinamdakı səfiri Elxan Poluxov etimadnamələrini Surinam Prezidenti Desire Delano Bouterseye təqdim edib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfirə işində uğurlar arzulayıb.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinamda səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Sonra E.Poluxov Surinam Prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.

AzVision.az


Teqlər: Elxan-Poluxov  





Xəbər lenti