600-dən çox bal toplayanların nəzərinə!

600-dən çox bal toplayanların nəzərinə!
  25 Avqust 2017    Oxunub:1428
Dövlət İmtahan Mərkəzi artıq neçə ildir ki (əvvəlki illərdə TQDK), ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu il də ənənə davam etdiriləcək.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, informasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib.

“Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək.

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər” –deyə DİM bildirib.

AzVision.az


Teqlər: DİM   Abituriyent  





Xəbər lenti