28 mindən çox uşaqda qan azlığı var

28 mindən çox uşaqda qan azlığı var
  25 Avqust 2017    Oxunub:1517
Azərbaycanda ötən il 18 yaşadək uşaqlar arasında anemiyadan əziyyət çəkən uşaqların sayında artım müşahidə olunub.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstə uşaqlar arasında anemiyadan əziyyət çəkənlər 28 948 nəfər olub. 2015-ci ildə bu göstərici 28 018, 2010-cu ildə isə 21 566 nəfər təşkil edib.

Eyni zamanda ötən il ilk dəfə yod çatışmazlığı diaqnozu qoyulan uşaqların sayı 353 (2010-cu ildə 460), A vitamini çatışmazlığı diaqnozu qoyulanların sayı 67 (2010-cu ildə 308), boyatmanın ləngiməsi və zəiflik diaqnozu qoyulanların sayı 982 (2010-cu ildə 1024) nəfər olub.

Ümumiyyətlə, ötən il müalicə-proflaktika müəssisələrində qeydiyyatda olan anemiya xəstəsi uşaqların sayı 22 575, yod çatışmazlığı xəstlərinin sayı 672, A vitamini çatışmazlığından əziyyət çəkənlərin sayı 83, boyatmanın ləngiməsi və zəiflikdən əziyyət çəkənlərin sayı isə 664 nəfər olub.

AzVision.az


Teqlər: anemiya  





Xəbər lenti