Azərbaycan Gürcüstana texnika və canlı qüvvə göndərib
AzVision.az APA-ya istinadla bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri yanğınsöndürmə əməliyyatlarında iştirak üçün Gürcüstana göndərilib. Helikopter bu gün səhər saatlarından yanğınsöndürmə əməliyyatlarına qoşulub.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.
Aytən Zəhra
AzVision.az