Prezident açılışda çıxış etdi

Prezident açılışda çıxış etdi
  01 Mart 2013    Oxunub:1493
“Bu fərqi azaltmaq o qədər də asan məsələ deyil”
“Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə, o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülüb”. Azvision.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qəbələdə Mədəniyyət Mərkəzinin açılışında deyib. Ölkə başçısı qeyd edib ki, regionlarla paytaxt arasındakı fərq azalır. “Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyil. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olub. Hər bir yerdə iş yerləri, gözəl şərait, yüksək səviyyədə tibbi xidmət olmalıdır, təhsil müəssisələri təmir edilməlidir”-deyə, dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafından da danışıb: “Ancaq heç vaxt dağ xizəyi mərkəzləri olmayıb. Sovet dövründə qonşu respublikalarda olub, Azərbaycanda olmayıb. Ancaq bizim təbii şəraitimiz, iqlimimiz buna imkan verir və qərar qəbul edilib ki, Azərbaycanda turizm, eyni zamanda, bu istiqamətdə də inkişaf etsin. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlayıb. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir, bu imkanlardan istifadə edir. Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcək.
Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaq. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaq”.


Teqlər:  





Xəbər lenti