AzVision.az Dövlət İmtahan Mərkəzinin (DIM) saytına istinadla xəbər verir ki, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi yekunlaşıb. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də avqustun 10-u saat 23:59-dək elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçiriblər.
Nəticələr yaxın günlərdə açıqlanacaq.
AzVision.az