“Mayak”ı zibilxanaya çevirdilər - FOTO

“Mayak”ı zibilxanaya çevirdilər - FOTO
  08 Avqust 2017    Oxunub:1329
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şüvəlan qəsəbəsinin “Mayak” çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb.

“Faktla bağlı protokol tərtib olunub, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Mirzərauf Axundov inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.

Ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi üçün Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Mayak  





Xəbər lenti