DİN Ağcabədidə əməliyyat keçirib
Məlumatın yoxlanılması məqsədilə yaradılan əməliyyat qrupu şəhər sakini Novruz Abdullayevin yaşadığı ünvana gəlib. Həmin evdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, həmçinin külli miqdarda qurudulmuş halda olan narkotik vasitə aşkar edilib. Götürülmüş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunub.
Ekspertiza həmin vasitənin 5 kiloqram 825 qram marixuana olması barədə rəy verib. Faktla əlaqədar Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.
AzVision.az