Dövlət İmtahan Mərkəzi keçid ballarını səhv verib

Dövlət İmtahan Mərkəzi keçid ballarını səhv verib
  28 İyul 2017    Oxunub:1753
Azərbaycan Dövlət İqtisad Universiteti keçid ballarındakı yanlışlıqla bağlı məlumat yayıb.
Universitetdən AzVision.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının ikinci nömrəsində 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarını təqdim edib. Jurnalda UNEC-lə bağlı yanlışlığa yol verilib:

Biznesin idarəedilməsi, tədris türk dilində, əyani, 600 (600) bal;

Biznesin idarəedilməsi, tədris ingilis dilində, əyani, 318 (580) bal.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin başladığı mərhələdə abituriyentlərin diqqətinə çatdırmaq istəyirik ki, ötən il biznesin idarəedilməsi ixtisasına ingilis dilində tədris üçün keçid balı 600, türk dilində tədris üçün isə 318 (580) olub.

Aytən Zəhra
AzVision.az



Teqlər: UNEC   DİM  





Xəbər lenti