Kerri bu gün Türkiyəyə gedir

Kerri bu gün Türkiyəyə gedir
  01 Mart 2013    Oxunub:1323
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri bu gün Türkiyəyə səfərə yollanır.
O, paytaxt Ankarada yerə endikdən sonra ilk olaraq Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bağlı qapılar arxasında baş tutacaq danışıqlardan sonra müzakirələr heyyətlər səviyyəsində həyata keçiriləcək.
Görüşdə ikili münasibətlərlə yanaşı, regional məsələlər, o cümlədən PKK terroruna son qoyulması yolları, İranın nüvə məsələsi və Suriyada baş verən qanlı hadisələr ətraflı müzakirə olunacaq.


Teqlər:





Xəbər lenti