Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!
  13 İyul 2017    Oxunub:1411
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib. Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

AzVision.az


Teqlər: DİM   Rezidentura  





Xəbər lenti