“Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi - VİDEO (Yenilənib)

“Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi
 -  VİDEO (Yenilənib)
  12 İyul 2017    Oxunub:11707
Ağdamın "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayıb.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanın "Samtredia" klubunu qəbul edib.

"Qarabağ"ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov, Əfran İsmayılov, Ansi Aqolli, Bədavi Hüseynov və Coşqun Diniyev yer alıblar.

Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olub.



***

Əfran İsmayılovun 11 metrlik cərimə zərbəsindən vurduğu qolla təmsilçimiz "Qarabağ" oyunda hesabı açıb.

***

Oyunun ilk hissəsi 3:0 Ağdam klubunun üstünlüyü ilə başa çatıb.

***

“Qarabağ” – “Samtredia” oyunu Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.

83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.

AzVision.az



Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti