Həmkarları İlham Əliyevi təbrik etdi - Yenilənib

  24 May 2017    Oxunub : 970
Həmkarları İlham Əliyevi təbrik etdi - Yenilənib
Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, M. Hüseynin məktubunda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm. Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Bolqarıstan prezidenti Rumen Radev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Hindistan prezidenti Pranab Mukherci, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin,Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüsey da təbrik ediblər.

AzVision.az

Teqlər: İlham-Əliyev