Alyaskada zəlzələ olub

Alyaskada zəlzələ olub
  31 Avqust 2013    Oxunub:1249
ABŞ-ın Alyaska ştatında 7 bal gücündə zəlzələ olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 1 dəqiqə davam edən zəlzələ nəticəsində xəsarət alan olmayıb. Ştatın cənub-qərbindəki Aleut adalarında baş verən zəlzələ yerli vaxtla saat 08:25-də qeydə alınıb.

Zəlzələdən sonra sunami təhlükəsi gözlənilməsə də mütəxəssislər bildirib ki, torpaq sürüşmələri baş verə bilər.

Qeyd edək ki, seymsik aktiv bölgədə yerləşən Aleut 150 ada, kiçik ada və qayalıqlardan ibarətdir. Burada 12 min nəfər əhali məskunlaşıb.

Fatimə


Teqlər:  





Xəbər lenti