Prezident Saatlıda açılışlar edib

  29 Avqust 2013    Oxunub : 1028
Prezident Saatlıda açılışlar edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Məlumat verilib ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılıb. Kompleksin tikintisi məqsədi ilə "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılıb. Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra lham Əliyev Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olub.

AzVision.az

Teqlər: