8 il imtahandan kəsilən abituriyent DİM-i məhkəməyə verdi

8 il imtahandan kəsilən abituriyent DİM-i məhkəməyə verdi
  06 Aprel 2017    Oxunub:1692
Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.

Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il ardıcıl tələbə adını qazanmaq üçün imtahan varib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanından tələb olunan balı toplayıb.

Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabiliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O, məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. (Femida.az)

AzVision.az


Teqlər: DİM   Məhkəmə  





Xəbər lenti