Ovanisyanın etirazları qanuniləşdirildi

Ovanisyanın etirazları qanuniləşdirildi
  27 Fevral 2013    Oxunub:1460
Raffi Ovanisyanın martdan gündəlik aksiyalar keçirmək barədə müraciəti qəbul edilib.İrəvan meriyası müxalifətçi namizədə nümayişləri təşkil etmək üçün də icazə verib
İrəvan meriyası İrs partiyasının rəhbəri Raffi Ovanisyanın martdan gündəlik aksiyalar keçirmək barədə müraciətini qəbul edib. Meriya müxalifətçi namizədə nümayişləri təşkil etmək üçün də icazə verib. Ermənistan parlamentindəki müxalifət fraksiyası isə yeni növbədənkənar prezident seçkisinin keçirilməsini tələb edir. Qanunverici orqanda Erməni Milli Konqresi deputatlarına rəhbərlik edən Levon Zurabyan hakimiyyəti müxalifətin islahatlar paketini qəbul etməyə çağırıb. Onun sözlərinə görə, sonuncu seçki Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin qənaətbəxş olmadığını göstərdi. Erməni Milli Konqresinin deputatı hakimiyyəti xəbərdar edib ki, yeni seçki keçirilməsə, hazırkı hakimiyyət xalq qarşısında cavab verməli olacaq.


Teqlər:  





Xəbər lenti