Komada olan zabitimiz öldü

Komada olan zabitimiz öldü
  26 Avqust 2013    Oxunub:1240
Azərbaycan Ordusunun zabiti dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir ay əvvəl Tovuz rayonunda baş verən avtomobil qəzasında ağır kəllə-beyin travması alan leytenant Musayev İlham Ramiz oğlu bu gün Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib.

Məlumata görə, İlham Musayev bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alıb.

Həmin vaxtdan indiyədək koma vəziyyətində olub.


Teqlər:  





Xəbər lenti