Gədəbəylilər “ASAN Xidmət” üçün təşəkkür etdilər
V.Hüseynli qeyd edib ki, prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqətinin, qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi qəyərləndirilə bilər: “Çünki bu agentlik, dövlət-vətətəndaş cəndaş münasibətləri arasında yeni keyfiyyət kateqoriyasının yaranmasında mühim rol oynadı. Bu agentlik vasitəsi ilə regionlarda “ASAN-Xidmət” Mərkəzləri formalaşmağa bağlamışdır ki bu proses bütün ölkə boyu davam edəcəkdir. Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, öz hüquqlarını təşkil edilməsində, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında “ASAN Xidmət” Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər”.
Görüşdə çıxış edən koalisiya üzvü Mübariz Göyüşl, Şəmkir Resusr və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Poladov da qeyd ediblər ki, bu gün açıq hökumətin təşviqi ilə bağlı layihənin “Gənclər Koalisiyası” tərəfindən icrası, ölkə başçısının gənclərə, vətəndaş cəmiyyəti institutlarına verdiyi diqqətin təzahürüdür və son dövrlər ölkəmizdə şəffaflığın təmini ilə bağlı elektron hökumətin fəaliyyəti qeyd etdiklərimizi bir daha sübut edir.
İctimai müzakirə zamanı çıxış edən Gədəbəy rayon sakinləri də ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təqdirə layiq olduğunu və bunun üçün cənab prezidentə təşəkkür etdiklərini bildirdilər. Rayon sakinləri qeyd etdilər ki, tezliklə bu qurumun Gədəbəy rayonunda da fəaliyyətə başlayacağını səbirsizliklə gözləyirlər.