Bu gün kolleclərə qəbul imtahanı keçirilir

Bu gün kolleclərə qəbul imtahanı keçirilir
  25 Avqust 2013    Oxunub:1569
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir.
Komissiyadan verilən məlumata görə, imtahanda iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfəri oğlanlar, 23565 nəfəri qızlardır. Orta ixtisas təhsili müəssisələrinə sənəd verən 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verir. Ərizə verən abituriyentlərin 283 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunu olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir. 114 abituriyent xarici ölkə vətəndaşıdır. ən yaşlı abituriyent 1965-ci, ən gənc abituriyent 2001-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Tovuz, Masallıda və Xaçmazda keçiriləcək. İmtahanın keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbəri , 3314 nəzarətçi-müəllim ayrılıb.

İmtahanda abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.

Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.


Teqlər:





Xəbər lenti