İbrahimbəyovun namizədi bəlli oldu

İbrahimbəyovun namizədi bəlli oldu
  23 Avqust 2013    Oxunub:1227
Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov tarixçi alim Cəmil Həsənlinin Şuranın ehtiyat namizədi olmasını dəstəkləyir.
Rüstəm İbrahimbəyov “Media forum” saytına açıqlamasında deyib: “Cəmil Həsənlinin namizəd olması məsələsi Milli Şuranın sessiyasında müzakirə ediləcək və orada qərar veriləcək. Cəmil müəllimin namizədliyini ürəkdən dəstəkləyirəm. O, Azərbaycanın çox hörmətli və tanınmış ziyalısıdır. Hamının ona böyük hörməti var. Avqustun 22-də Milli Şura üzvlərinə müraciət göndərmişəm. Xahiş etmişəm ki, Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər.

Telefonla sessiyaya qatılacam, Milli Şura üzvlərindən xahiş edəcəm ki, müraciətimi nəzərə alsınlar və Cəmil Həsənlinin namizədliyini dəstəkləsinlər”.


Teqlər:





Xəbər lenti