Trampın Azərbaycan siyasəti haqda: `Danışmaq hələ tezdir`

Trampın Azərbaycan siyasəti haqda: `Danışmaq hələ tezdir`
  27 Yanvar 2017    Oxunub:1545
“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların xarici siyasətində dəyişikliklər etmək niyyətindədir. Hələ keçid hökumətinin formalaşmasının başlanğıc mərhələsindəyik”.

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın Azərbaycanla bağlı siyasətində hansı dəyişikliklərin edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

"ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişiklikdən danışmaq hələ tezdir. Proqnoz vermək tezdir. Lakin siz onun ilkin bəyanatlarından da eşitmisiniz ki, Birləşmiş Ştatların siyasətində dəyişikliklər etmək niyyətindədir", - deyə diplomat qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti