Şəkidə qəza: ölən və yaralananlar var

Şəkidə qəza: ölən və yaralananlar var
  22 Avqust 2013    Oxunub:1337
Şəki şəhərində BMW minik avtomobili yolun kənarındakı ağaca çırpılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avtomobildə olan 3 nəfər sərnişindən sıxılmış vəziyyətdə qalmış bir nəfər müxtəlif bədən xəsarətləri alıb. O, yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Avtomobildə şəxsiyyətləri məlum olmayan sərnişinlərdən birinin meyiti və digər xəsarət almış sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti