Heydər Əliyev qızıl medal alıb

Heydər Əliyev qızıl medal alıb
  19 Avqust 2013    Oxunub:1785
O, artıq tələbə adını da qazanıb
Təhsil Nazirliyindən bu il orta məktəbi qızıl medalla bitirən məzunların siyahısını əldə edib. Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, 238 XI sinif məzunu qızıl medalla təltif olunublar.

Onların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Siyahıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin də adı var. Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirən yeniyetmə Əliyevin də adı bu təhsil ocağının “Şərəf kitabı”na yazılacaq.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev bu il ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. 1997-ci il təvəllüdlü Heydər Əliyev tələbə adını qazanmaq üçün imtahanı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında verib. O, artıq tələbə adını da qazanıb.(modern.az)


Teqlər:





Xəbər lenti