Türk nazirlərdən Misir hadisələrinə sərt reaksiya

Türk nazirlərdən Misir hadisələrinə sərt reaksiya
  16 Avqust 2013    Oxunub:1073
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri Misirdəki vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasında Misirdəki vəziyyətlə bağlı bəyanat qəbul olunub.

Azərbaycan XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda deyilir: “Biz Misirdə davam edən nümayişlərə cavab olaraq gücdən istifadə nəticəsində insanların həyatını itirməsi və yaralanmasından təəssüflənirik. Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Öldürülən şəxslərin ailələrinə başsağlığı veririk, eyni zamanda yaralanan şəxslərin tam və tezliklə sağalmasını arzu edirik. Biz, ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti