“Rüstəm İbrahimbəyov özü imtina etdi”

“Rüstəm İbrahimbəyov özü imtina etdi”
  16 Avqust 2013    Oxunub:1078
“Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Brüssel səfərindən özü imtina edib” Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Milli Şuranın üzvü Əvəz Temirxan bildirib.

Partiya sədrinin fikrincə, Avropa Parlamentinin keçirəcəyi tədbirdən R.İbrahimbəyov özü imtina edib, ləğv edilməyib. “Məndə olan məlumata görə, Avropa İttifaqına səfərdən Rüstəm İbrahimbəyov özü imtina edib”. Qeyd edək ki, müsavat.com-un məlumatına görə, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun iştirakı ilə Avropa Parlamentində keçirilməsi planlaşdırılan tədbirdə onun iştirakı rəsmən ləğv olunub. R.İbrahimbəyovun yerinə tədbirə Müsavat başqanı İsa Qəmbər Brüsselə dəvət olunacaq.


Teqlər:  





Xəbər lenti