Nazirliyin 134 min avroluq müqaviləsi

Nazirliyin 134 min avroluq müqaviləsi
  26 Fevral 2013    Oxunub:1379
2012-ci il ərzində İqtisadi İnkişaf Nazirliyi 8 kommersiya hüquqi şəxsin 12 qrant müqaviləsini qeydiyyata alıb.
İqtisadi İnkişaf Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qeydiyyata alınan qrant müqavilələrinin ümumi məbləği müxtəlif valyutalarda olmaqla 82 444 manat, 436 285 ABŞ dolları və 134 753 Avro təşkil edib.

Qrant vəsaitləri etik poeziyanın və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, seminarların təşkili, uşaq resursları inkişafı mərkəzinin yaradılması, avadanlıqlarla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə tibbi məsləhətlərin, təlimlərin, sosial dəstəyin göstərilməsi, müxtəlif treninqlər vasitəsilə gənc jurnalistlərin bilik və bacarıqlarının gücləndirilməsi, heyvandarlıqla məşğul olan fermerlərin gəlirlərinin artırılması, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə yardım göstərilməsi üçün onlara mikrokreditlərin verilməsi və s. bu kimi istiqamətlərə yönəldilib.



Teqlər:





Xəbər lenti