"ASAN xidmət" mərkəzlərində qanvermə aksiyası baş tutacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, `ASAN Xidmət`14-15 avqust tarixində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olma aksiyasına start verir.