ATƏT PA Azərbaycanda seçkilərə müşahidəçi göndərməyəcək

ATƏT PA Azərbaycanda seçkilərə müşahidəçi göndərməyəcək
  09 Avqust 2013    Oxunub:1213
ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini bildirib.

ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, seçki ilə assambleyanın oktyabrın 13-15-də Monteneqroda keçiriləcək payız sessiyasının vaxtı üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub.


R. Krivokapiç bildirib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Qurum payız sessiyasından iki həftə sonra – oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərəcək.

AzVision.az




Teqlər:  





Xəbər lenti