Bakıdan Sankt-Peterburqa əlavə uçuşlar olacaq

Bakıdan Sankt-Peterburqa əlavə uçuşlar olacaq
  09 Avqust 2013    Oxunub:1241
“Azərbaycan Hava Yolları- AZAL” QSC Bakı - Sankt-Peterburq - Bakı marşrutu üzrə əlavə aviareyslər yerinə yetirməyi planlaşdırır.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, yay mövsümü ilə əlaqədar avqustun 17-də, 24-də və 31-də Bakı - Sankt-Peterburq - Bakı istiqaməti üzrə əlavə uçuşlar həyata keçiriləcək.

Uçuş “Airbus A-320” tipli təyyarələrlə həftənin VI günləri yerinə yetiriləcək.

Hazırda Bakıdan Sankt-Peterburqa uçuşlar həftədə 3 dəfə (III, V və VII günlər) yerinə yetirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti