Moskvada həmyerlimiz qətlə yetirildi

Moskvada həmyerlimiz qətlə yetirildi
  09 Avqust 2013    Oxunub:976
Moskva şəhərində, avtomobildə adı açıqlanmayan azərbaycanlının meyiti tapılıb.

AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, avqustun 8-nə keçən gecə saat 01:15-də avtoservisdə gözətçi işləyən şəxs polisə zəng edərək İnstitut küçəsindəki tikilidən bir nəfərin insanları köməyə çağırdığını deyib. Hadisə yerinə gələn polislər “Jiquli” avtomobilində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş azərbaycanlının meyitini aşkarlayıblar.

Fakt üzrə cinayət işi qaldırılıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti