Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  08 Avqust 2013    Oxunub:970
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yamanı ölkənin milli bayramı münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Sinqapur əlaqələri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək, xalqlarımızın rifahına xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına isə daim sülh və rifah arzulayıram".


Teqlər:  





Xəbər lenti