Rusiyadan Qarabağ açıqlaması: `Yeni format fikirləşmirik`

Rusiyadan Qarabağ açıqlaması: `Yeni format fikirləşmirik`
  23 İyun 2016    Oxunub:2700
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirdiyi görüşün yekunlarına münasibət bildirib.

AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Mariya Zaxarova bildirib ki, rəsmi Moskva Qarabağın nizamlanması üçün yeni format fikirləşmir:

“Prezidentlərin son görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatçılıq əsassız şayiədir.

Həmsədr ölkələrin nümayəndələri ilə sıx əlaqə saxlanılır. Onlar prezidentlərinin Sankt-Peterburqdakı görüşü barədə məlumatlandırılmışdı. Bu proses görüşdən xeyli əvvəl həyata keçirilmişdi. Tərəflər də açıq şəkildə belə görüşlərin keçirilməsinin tərəfdarı olduqlarını qeyd etdilər”.

M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: "Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş həqiqətən də, yüksək səviyyədə keçib".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti