Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi

Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi
  17 İyun 2016    Oxunub:4551
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.

AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Komissiyanın həmsədri Azərbaycan Respublikası tərəfindən həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.

Məlumat üçün bildirək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidr.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti