Saxta pul aşkarlandı

Saxta pul aşkarlandı
  01 Avqust 2013    Oxunub:1035
Əməliyyat tədbirləri nəticəsində dövriyyədən 1041 ədəd müxtəlif nominalda milli əsginaz çıxarılıb
Azərbaycanda ümumi məbləği 83 min manat olan saxta əsginaz aşkarlanıb.

AzVision.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə iyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti