"Aİ ilə bağlı layihəmiz sadəcə ictimai sənəddir" - Mirzoyan

"Aİ ilə bağlı layihəmiz sadəcə ictimai sənəddir"    - Mirzoyan
  21 Yanvar 2025    Oxunub:346
"Hökumətin təsdiq etdiyi “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsində hansısa müddət və ya konkret mexanizmlər qeyd olunmayıb".
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, qanun layihəsi ictimai sənəddir. Parlamentdən kənar siyasi qüvvələr tələb olunan 60 min imzanı topladılar və bu təşəbbüs avtomatik olaraq qanun layihəsinə çevrildi. Parlament isə buna səs verməlidir.

Ermənistan Aİ yolunu seçir
"Hökumət qanun layihəsini təsdiqləyib. Ehtimal olunur ki, hakim çoxluq sənədin "lehinə" səs verəcək və hələlik məsələ bura qədərdir. Bundan sonra nə baş verəcəyini gələcəkdə aydınlaşdıra bilərik. Bu qanun layihəsində başqa heç nə nəzərdə tutulmur", - Mirzoyan bildirib.

Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.

Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi açıq şəkildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edir. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, İrəvanın bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan    





Xəbər lenti