Bundan əlavə, vətəndaşlığın məhdudlaşdırılması valideynləri qeyri-qanuni şəkildə ABŞ-də olan uşaqlara da təsir edəcək. Yeni tədbirlər ananın ABŞ-də müvəqqəti, məsələn, viza ilə olduğu, atanın isə ölkə vətəndaşı olmadığı vəziyyətlərdə tətbiq ediləcək.
“Reuters” agentliyinin məlumatına görə, 22 ştat ABŞ-nin yeni prezidentinin bu sərəncamı ilə razılaşmayıb. Onların arasında demokratların rəhbərlik etdiy kaliforniya, Konnektikut, Delaver, Havay, Men, Merilend ştatları, habelə Kolumbiya dairəsi və San-Frnasisko şəhəri də var. İddiaçılar Donald Trampın ABŞ Konstitusiyasını pozduğunu bildirirlər.
Analoji iddia əvvəllər mühacirləri dəstəkləyən Amerika Vətəndaş Azadlıqları İttifaqı, NAACP Hüquqi Müdafiə və Təhsil Fondu, Dövlət Demokratiya Müdafiəçiləri Fondu və Asiya Hüquq Şurası kimi təşkilatların adından verilib.
Tramp kütləvi ixtisarlara başlayır |
“National Security Counselors (Milli Təhlükəsizlik Müşavirləri)” hüquq şirkəti isə yeni administrasiyaya qarşı məhkəmə iddiasında sahibkar İlon Maskın rəhbərlik edəcəyi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE - Department of Government Efficiency) yaradılmasına qarşı çıxır. Şirkət hesab edir ki, departamentin yaradılması 1972-ci ildə Ağ Evlə birbaşa əlaqəli olan bölmələr üçün maraqların toqquşmasının yoxlanılması və şəffaflıq qaydalarını tələb edən ABŞ qanununu pozur.
Sahil İsgəndərov
AzVision.az