Azərbaycan bölgəyə kənar qüvvələrin müdaxiləsinin əleyhinədir

Azərbaycan bölgəyə kənar qüvvələrin müdaxiləsinin əleyhinədir
  22 Yanvar 2025    Oxunub:324
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə keçirdiyi görüşdə iki qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulayıb.
AzVision.az xəbər verir ki, İranın “Mehr” agentliyinin yaydığı məlumatda belə deyilir.

“İran İslam Respublikası qonşu və müsəlman ölkələri ilə əlaqələrin və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini öz gündəmində prinsipial siyasət hesab edir. Bu baxımdan Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir və biz iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirməyə çalışırıq”, - Tehranda baş tutan görüşdə Məsud Pezeşkian bildirib.

İran prezidenti iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələrində əldə olunmuş razılaşmalara və hazırda həyata keçirilən birgə layihələrə işarə edərək vurğulayıb ki, “bu əməkdaşlığın səviyyəsinin davam etdirilməsi və gücləndirilməsi İran İslam Respublikası və Azərbaycan Respublikasını bir-biri üçün strateji tərəfdaşa çevirir”.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, öz növbəsində, Azərbaycanın İranla əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

-Biz həmçinin İran İslam Respublikasının regionda (Cənubi Qafqazda) sülh və sabitliyin bərqərar olunmasındakı təsirli rolunu yüksək qiymətləndirir və hesab edirik ki, regionumuzun problemlərinin həlli yalnız bu region ölkələrinin səyləri ilə mümkündür. Xarici dövlətlərin olması bu məsələdə bizə kömək etməyəcək”, - Şahin Mustafayev vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   İran   bölgə  





Xəbər lenti